Laçında QƏZA: Yaralılar helikopterlə Bakıya gətiriliblər – FOTO/VİDEO

Cəmiyyət


Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR Petroleum” QSC-yə məxsus podratçı şirkətin üç əməkdaşı – Muxtar Gözəlov, Məhəmməd İbiyev və Anar Qurbanov – müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra onların Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

www.102info.az