Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışının qonağı yazıçı, şair Seyran Səxavət olub.
O, insanların həyatı çətinləşdirməsindən şikayətlənib:
“Həyatın mübarizə olduğunu düşünənlər özlərinə problem yaradırlar. Xoşbəxtlik, mübarizə, xəyanət uydurmadır”.
Yazıçı özünün “Xalq yolunda ölməyə dəyməz” fikrinə də aydınlıq gətirib:
“Mən demişəm ki, xalqın yolunda ölməyə dəyməz. Çünki xalq həqiqət deyil. Həqiqətin yolunda ölmək lazımdır”.
Ətraflı süjetdə:
www.102info.az