Mirzə Ələkbər Sabirin nəvəsinin sürücülük hüququ məhdudlaşdırıla bilər

Cəmiyyət


Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur. 

“Qaynarinfo” xəbər verir ki, Gündüz Tahirli baərsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatında verilib. 

529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir