Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Sergey Nikolayeviç Kuzmin avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.
Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020) 274-04-91 şəhər və (050) 502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
www.102info.az