Gəncədə toqquşan avtomobillərdən biri aşdı: Xəsarət alan var – FOTO

Cəmiyyət


Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

“Report”un məlumatına görə, hadisə zamanı “Xəzər” və “Reno” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan “Xəzər” markalı avtomobil aşıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1959-cu il təvəllüdlü A.Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az