Baku TV-nin köhnə Bakı haqqında silsilə reportajları davam edir.
Bu dəfə Ramana kənd sakinləri əvvəlki dövrün adətlərindən, ailə münasibətlərindən, eləcə də geyim mədəniyyətindən danışıblar.
Müasir dövrdə gənc ailələrdəki aqressiyadan bəhs edən Mircamal Qafarov bunu onların maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirib:
“Kişi soyuducunu doldura bilmir. Axşam evə gəlir, yemək istəyir. Arvad da onun qabağına yemək qoya bilmir. Kişi də fikirləşmir ki, soyuducuya nəsə qoymusan ki, yemək istəyirsən?! Qadın da dilini saxlamır və mübahisə başlayır. Pul olsa, dava etməzlər”.
Nailə Qafarova isə rayondan paytaxta gələnlərin çoxluğundan şikayətlənib:
“TikTok”a baxıb, geyinib-keçinmək istəyirlər. Rayondan Bakıya qaçırlar. Kafe-restoranlarda işləyirlər. Kəndinizdə oturub, əkinlə məşğul olun da. Biz bakılı olsaq da, öz həyətimizdə əkinlə məşğuluq”.
Ətraflı süjetdə:
www.102info.az