Naxçıvanda motosiklet avtomobilə çırpıldı: Xəsarət alan var

Cəmiyyət


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində baş verib.

Belə ki, sürətlə hərəkət edən motosiklet avtomobilə çırpılıb.

Nəticədə, motosikletin sürücüsü, Naxçıvan şəhər sakini 1985-ci il təvəllüdlü Taleh Kərim oğlu Həsənov xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir