Bakının Xətai rayonu ərazisində zibil qutuları avtobus zolağının üzərinə yerləşdirilib.
Xezerxeber.az-ın məlumatına görə, söhbət “Ukrayna dairəsi”, Neapol küçəsindən gedir.
Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda tullantıların atılması üçün altı konteyner qoyulub.
Zibil qutularından birinin qapağı qırıq olduğundan iy ətrafı bürüyüb. Ona görə də sərnişinlər zibil qutularının yerinin dəyişdirilməsini istəyiblər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, zibil qutularının yeri dəyişdiriləcək.
O da qeyd edilib ki, zibillərin vaxtlı-vaxtında daşınması üçün aidiyyəti qurumlara tapşırıqlar veriləcək.
Günün sonunda isə aydın olub ki, konteynerlər dayanacaqdan mümkün olan qədər uzaqlaşdırılıb.
Ətraflı süjetdə:
www.102info.az