Bakıda iki avtomobil toqquşdu: Qardaşlar ağır xəsarət aldılar

Cəmiyyət


Bakının Nizami rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Ramin İlqar oğlu Məmmədov və 1997-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Məmmədov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı hər iki qardaşa qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az