Nizami rayonunda yolu keçən qadını avtomobil vurub

Cəmiyyət


Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil Qara Qarayev prospektində yolu keçən 1987-ci il təvəllüdlü Aypara Səlim qızı İsmayılovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az