Xaçmazda altı gün davam edəcək “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsi başlayıb – FOTO

Cəmiyyət


Sentyabrın 7-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsinin icrasına başlanılıb.

Düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 60 gəncin iştirakı ilə “Komanda quruculuğu”, “Rəqəmsal Marketinq”, ”Feyk nyusla mübarizə”, “Karyera yolunda rəqəmsal toxunuşlar”, eləcə də müxtəlif mövzularda təlim sessiyalarının keçirilməsi planlaşdırılır. Həmçinin düşərgə müddətində tanınmış media mütəxəssisləri ilə görüşlər baş tutacaq.

“Gənclərin Media Savadlılığının Artırılması” layihəsinin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir və altı gün davam edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir