Sentyabrın 9-da saat 7 radələrində 1979-cu il təvəllüdlü Ramin Baldadaş oğlu Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Şakir Ağasəməd oğlu Sadayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az