Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə – 92 nəfər köçürülüb.
Doğma torpağa qayıtmağın sevincini yaşayan Füzuli sakinləri öz təəssüratlarını Baku TV ilə bölüşüblər.
“Köçkün düşəndə 39 yaşım var idi. İndi 69 yaşım var. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə ata-baba yurduna geri dönən Elxan Abdullayev söyləyib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az