Ucar rayonunda məktəbin tikintisində təhlükəsizlik qaydalarına əməl edilmir.
Oxu.Az-ın məlumatına görə, rayonun Qazyan kənd 2 saylı tam orta məktəbinin yeni binası inşa edilir.
Həmin tikintidə çalışan podratçı şirkətin əməkdaşları təhlükəsizliyə əməl etmirlər.
Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şirkətə xəbərdarlıq edilib:
“Podratçı şirkət şəklin nahar fasiləsi zamanı çəkildiyini bildirməsinə baxmayaraq, iradlar bildirilmiş və bir daha bu kimi halların təkrarlanmaması ilə bağlı xəbərdarlıq edilib”.
İlhamə Əbülfət
www.102info.az