Bakıda yataqxana yanır: İnsanlar təxliyə edilirlər – FOTO/VİDEO

Cəmiyyət


Qaradağ rayonunda yataqxana yanır. 

Oxu.Az-ın məlumatına görə hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb. 

FHN-dən Oxu.Az-a verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:

“Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür”.

Könül Cəfərli

www.102info.az