Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edən şəxslə bağlı QƏRAR

Cəmiyyət


Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Asəf Cəbrayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

İttihama görə, Asəf Cəbrayılov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Türkiyə vətəndaşı, zərərçəkmiş Yavuz Cabbar oğlu Yağcının etibarından sui-istifadə edib birlikdə şərikli iş görüb, xırdabuynuzlu heyvanı böyüdərək çəkisini artırdıqdan sonra satmaqla qazanc əldə edəcəkləri adı ilə aldadıb. Belə ki, o, 30 mart 2014-cü il tarixdə müxtəlif ərazidə zərərçəkmişdən ümumilikdə həmin dövrün məzənnəsinə görə 7 843 manat təşkil edən 10 000 ABŞ dolları məbləğində pulu bir neçə dəfəyə alaraq dələduzluq edib. Bundan başqa, Asəf Cəbrayılov Türkiyə vətəndaşı Yavuz Yağcının etibarından sui-istifadə edib qısa müddətə qaytaracağına dair yalan vəd verib aldadıb. O, 21 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həmin dövrün məzənnəsinə görə 3 921,5 manat təşkil edən 5 000 ABŞ dolları və 400 manatını, 22 iyun 2014-cü il Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 ünvanında yerləşən “McDonald’s” restoranının qarşısında həmin dövrün məzənnəsinə görə 784,3 manat təşkil edən 1 000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib. Xətai Rayon Məhkəməsinin hökmü ilə Asəf Cəbrayılova 5 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətini qismən təmin edilərək, aşağı instansiya məhkəməsinin 6 mart 2019-cu il tarixli hökmünü dəyişdirib.

Belə ki, məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Azərbaycanın Milli Məclisinin “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü və 30-cu hissələri tətbiq edilməklə, ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay müddətinə azaldılmaqla, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, tutularaq həbsdə saxlanıldığı 1 il 3 ay 10 gün müddət ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Asəfin çəkdiyi azadlığın məhdudlaşdırılması cəzası nəzərə alınmaqla 2 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilib, hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bu qərardan narazı qalan Türkiyə vətəndaşı kassasiya şikayəti verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir