Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi – FOTO

Cəmiyyət Gündəm Mədəniyyət Region

Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində dəfn edilib.

ria24.az xəbər verir ki, müğənni bu dəqiqələrdə torpağa tapşırılıb. Dünən, aprelin 26-da axşam saatlarında koronavirusdan dünyasını dəyişən Respublikanın Əməkdar Artisti Baloğlan Əşrəfovun cənazəsi xüsusi Təcili Yardım maşını ilə səhər saatlarında doğma kəndi Bədəlana gətirilib.

Cənazə birbaşa qəbiristanlığa gətirilib. B.Əşrəfovla son vida görüşünə gələnlər qəbiristanlıqdan kənarda dayanıb. Hələlik bir neçə sənət yoldaşı – Əlikram Bayramov, Yusif Mustafayev və Cavad Rəcəbov qəbiristanlıqdadır.

Pandemiya qaydalarına sərt şəkildə əməl olunur.

Lent.az bildirir ki, dəfn mərasimindən çəkilişə qadağa var. Ərazidə polislərin olduğu qeyd olunur. Hətta karantin şərtlərinə görə, müğənniləri də vidalaşmaq üçün yaxına getməyə icazə vermirlər. Telefonla nəsə çəkmək istəyənlərə də icazə verilməyib.

Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi - FOTO
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir