Bakının ən işlək prospektlərinin birində yeni yerüstü piyada keçidi tikilir – FOTO/VİDEO

Cəmiyyət


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri gecə saatlarında aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə oval tipli piyada pandusları quraşdırılacaq. Yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçidin üstü qapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir