Təmizlik işçisi olan 65 yaşlı Bəsti Salmanova sahibsiz itlərin hücumuna məruz qalıb.
Baku TV xəbər verir ki, hadisə Mingəçevirin Samux küçəsində qeydə alınıb.
Zərərçəkənin sözlərinə görə, onu itlərin əlindən həyat yoldaşı xilas edib:
“İtlərin üstümə gəldiklərini görüb qaçanda yerə yıxıldım. Hücum etmək istəyəndə yoldaşım özünü çatdırdı. Daş atıb onları qovdu”.
Məsələ ilə bağlı Mingəçevir Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsindən bildirilib ki, yaxın zamanda sözügedən ərazidəki itlər üçün toplanış məntəqələrinin tikilməsi nəzərdə tutulur.
Ətraflı videonu təqdim edirik:
www.102info.az