Binə qəsəbəsində mebel salonu yanıb – FOTO

Cəmiyyət


Bakının Xəzər rayonununda mebel mağazasında yanğın baş verib.

“Report”un məlumatına görə, qəsəbənin Əli İsazadə küçəsində yerləşən üçmərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Qeyd edək ki, yanğın təqribən 150 kvadratmetr ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir