Vasif Tağıyevin vəziyyəti açıqlandı

Cəmiyyət


İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.

Vasif Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a oğlunun səhhəti barədə məlumat verib.

“Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ işə çıxmır”, – deyə o bildirib.

Xatırladaq ki, V.Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir