Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb – FOTO/VİDEO

Cəmiyyət


Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb.

Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev APA-ya deyib ki, mütəxəssislər əraziyə baxış keçiriblər və stabil vəziyyət qeydə alınıb.

“Orada qurulmuş istinad divarında da hansısa deformasiya və ya dəyişiklik müşahidə edilməyib”, – o qeyd edib.

Xatırladaq ki, Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov mediaya açıqlamasında bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtiyatlı olmaq lazımdır:

“Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir. Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.

www.102info.az