Naxçıvanın Kəngərli rayonunda dava olub.
APA xəbər verir ki, hadisə rayonun Xok kəndində qeydə alınıb.
Hadisə zamanı Xok kənd sakini, 1976-cı il təvəllüdlü Möminə Adıgözəl qızı Bağırova qonşuları tərəfindən döyülüb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az