Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun ölümünə infarktın səbəb olduğu deyilir.
Qeyd edək ki, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi “Jurnalist etikasının problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.
www.102info.az