Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un şimal-qərb bürosunun məlumatına görə, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Romani Rajoyeviç Okrocanaşvilinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və ağaca çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alıb.
www.102info.az