Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı yük avtomobili Şirvan sakini, 1993-cü il təvəllüdlü Aqşin Çingiz oğlu Nəzərovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılandan bir neçə dəqiqə sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az