Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb

Cəmiyyət


Şəkidə mikroavtobus piyadanı vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 15-də saat 8 radələrində Şəki şəhəri ərazisində Vüqar Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusla yolu keçən piyada, 1953-cü il təvəllüdlü Seyfəddin Fəxrəddin oğlu Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az