Məktəb direktoru: “Birincilər bizim gələcəyimizə işıq saçacaqlar”

Cəmiyyət


“Birincilər bizim gələcəyimizə işıq saçacaqlar”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı şəhər Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova deyib.

Onun sözlərinə görə, ötən il məktəbin nəticələri yaxşı olub:

“2022/2023 tədris ilində nəticələrimiz çox yaxşı oldu. Şagirdlərimizin əksəriyyəti 500-dən yüksək bal toplayıb, ali məktəblərə qəbul olublar. İki şagirdimiz 600-dən yuxarı bal toplayıb. Şagirdlərimiz hər zaman akademik göstəriciləri ilə fərqlənirlər.

Bu tədris ili də ümid edirəm ki, xoş təəssüratlarla yadda qalacaq”.

K.Təhməzova Bilik Günü tədbirinin bir neçə il keçirilmədiyini dilə gətirib:

“Bir neçə ildir ki, pandemiya səbəbindən bu şəkildə etmirdik. Bu il böyük sevinc hissi ilə bu günə hazırlaşdıq. İldən-ilə fərqli nəsillə qarşılaşırıq. Fərqlənirlər. Bu il də nəticələrimizin yaxşı olacağına ümid edirəm”.

O sonda bu il 81 şagirdin birinci sinifdə təhsil alacağını qeyd edib:

“Şagirdlərimin hər biri mənim üçün əziz və doğmadır. Üç ilə yaxındır ki, müvəqqəti direktor vəzifəsini icra edirdim. İndi tam olaraq təyinat almışam. Bu il üç sinif üzrə 81 şagird birinci sinifdə təhsil alacaq. O uşaqlar bizim gələcəyimizə işıq saçaqlar”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir