Qazax rayonunda it döyüşləri təşkil edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Oxu.Az-ın məlumatına görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində it döyüşləri təşkil edənlərin Qazax rayon sakinləri – G.Gülməmmədov, E.Pirməmmədov və R.Əliyev olması müəyyən edilib.
Həmin şəxslərlə profilaktiki söhbət aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz davranma) maddəsi ilə protokol tərtib olunub.
İlhamə Əbülfət
www.102info.az