Hamilə qadınlarda ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün yeni testlər və reaktivlər alınacaq.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncamda qeyd edilib ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün risk qrupuna daxil olan hamilə qadınların genetik müayinəsi üzrə layihələrin həyata keçirilməsi vacibdir. Hamilə qadınların genetik müayinəsi üçün testə olan tələbat öyrənilməklə yeni testlər və reaktivlər alınacaqdır. Eyni zamanda onların müayinəsinə dair beynəlxalq təcrübə nəzərə alınmaqla kliniki protokol hazırlanacaq.
www.102info.az