QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşib

Cəmiyyət


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:

1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 15000 (on beş min) manat;
2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 30000 (otuz min) manat;
3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə – 50000 (əlli min) manat;
4. “Səfər qrantı müsabiqəsi” üzrə – 10000 (on min) manat.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir