Deputat Anatoli Rafailovun sürücülük hüququnun məhdudlaşdırılmasına dair məsələyə aydınlıq gətirilib.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Heydər oğlu Tağıyevin icraatında olan inzibati xəta haqqında işə xitam verilib.
İş materiallarına əsasən, inzibati xətaya görə tətbiq edilmiş cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənilib. Beləliklə, Anatoli Xaimoviç Rafailovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilib.
Qeyd edək ki, Anatoli Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.
www.102info.az