Qubada dostunu qətlə yetirən şəxs hadisəni danışıb
Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edən Quba rayonunun Qaraçay kənd sakini Ələsgər Ələsgərov həmkəndlisi Söhrab Baratova bir neçə bıçaq xəsarəti yetirməsi barədə məlumat verib. Özünün isə hazırda hadisə yerində olduğunu deyib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarından ibarət əməliyyat qrupu daxil olan məlumat əsasında deyilən ünvana gedib və hadisəni törətməkdə şübhəli bilinən Ələsgəri orada görüb, ancaq onun bıçaqla vurduğu Söhrab Baratovu tapa bilməyiblər. Məlum olub ki, xəsarətləri ağır olan Söhrab dostları tərəfindən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələsgər Ələsgərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az