Ramazan Şahin Azərbaycan DİN tərəfindən təltif edilib – FOTO

Cəmiyyət


Sentyabrın 8-də UEFA AVRO-2024-ün seçmə mərhələsində Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Əmniyyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan DİN tərəfindən təltif edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq əməkdaşlığa görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.

DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini əmniyyət müdiri İbrahim Ergüderin iştirakı ilə R.Şahinə təqdim ediblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir