Astarada “tükdən asılı” qalan, dayaqları çürüyən körpü niyə təmir olunmur? – FOTO

Cəmiyyət


Xaçmazda dünən körpünün uçması sosial şəbəkədə digər yerlərdə də belə qəzalı vəziyyətdə olan yol qovşaqları barədə paylaşımları gündəmə gətirib.

Azpost.info bildirir ki, bunlardan biri də qəzalı vəziyyətdə olan Astaradakı körpüdür.

Astara rayonunun ən böyük kəndlərindən olan və yeddi mindən çox əhalinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpünün dayaq sütunları çürüyüb. Körpü hər an, Xaçmazda olduğu kimi, uça bilər. Sakinlər illərdir şikayət etsələr də, nəticə yoxdur.

Aidiyyəti qurumlar körpünün uçmasını gözləyirlər?

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir