Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb.
Oxu.Az xəbər verir ki, şəxsin ağırçəkili olması səbəbindən həkim briqadasına müvafiq köməyin göstərilməsi üçün FHN-ə müraciət daxil olub.
Belə ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1962-ci il təvəllüdlü S.Ramazanovanı beşmərtəbəli binanın dördüncü mərtəbəsindən binanın həyətinə endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
www.102info.az