İsmayıllı rayonunda 17 yaşlı qız itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidməti məlumat yayıb.
İsmayıllı rayon sakini, 2006-cı il təvəllüdlü Əsmər Əbülfəs qızı İsmayıllı sentyabrın 8-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020) 285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
www.102info.az