Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb – FOTO

Cəmiyyət


Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.

Əraziyə FHN-in və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar.

Partlayışın səbəbləri araşdırılır.

www.102info.az