Lənkəran rayonunun Göyşaban kəndindəki ikimərtəbəli binanın kanalizasiya şəbəkəsi dolub, çirkab binanın həyətinə daşır. Ona görə də ərazidə antisanitar vəziyyət yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, kanalizasiya suları yaxınlıqdakı fərdi evlərin həyətlərinə dolur.
Antisanitar vəziyyətdən həm binanın, həm də yaxınlıqdakı fərdi evlərin sakinləri əziyyət çəkirlər.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kənd inzibati dairəsi üzrə nümayəndəsi Qurban Quliyev bildirib ki, yaxın günlərdə əraziyə texnikalar cəlb olunacaq. Onun sözlərinə görə, hava şəraiti imkan verən kimi işlərə başlanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.102info.az