Minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb – FOTO

Cəmiyyət


Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

“KIA” markalı minik avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az