Hacıqabulun Navahı kəndində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə nəticəsində Ucar rayonunun Qazlıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Kəmalə Kamal qızı Məmmədova, 1993-cü il təvəllüdlü Sakit Qorxmaz oğlu Məmmədov, 2000-ci il təvəllüdlü Rahib Rafiq oğlu Əliyev, 2020-ci il təvəllüdlü Qorxmaz Sakit oğlu Əliyev və 2002-ci il təvəllüdlü İlahə Rafiq qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az