Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Zimilə Həsən qızı Qafarova xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az