Terror aktında həlak olan polis Xəzər Zamanovla vida mərasimi keçirilir – CANLI YAYIM

Cəmiyyət


Dünən Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlaması nəticəsində həlak olan polis Xəzər Azər oğlu Zamanovla vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Xəzər Zamanovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Xəzər Zamanov Günəşli qəbiristanlığında torpağa tapşırılacaq.Daha çox şəkil burada: PhotoStock.az

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir