Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 28-ci sessiyasına (COP 28) hazırlıq məsələləri, su ehtiyatlarından səmərəli istifadə sahəsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.
www.102info.az