Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

Cəmiyyət


Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir