Şabranda ev yanıb

Cəmiyyət


Şabranda evdə yanğın hadisəi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Zeyvə kəndində ümumi sahəsi 148 kvadratmetr olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının, aynabəndinin yanar konstruksiyaları 44 kvadratmetr sahədə, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 68 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az