Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıda Hərbi Qənimətlər Parkında – FOTO

Cəmiyyət


Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-71” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Oxu.Az xəbər verir ki, sözügedən tank abidəsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sökülüb.

Xatırladaq ki, həmin tank işğal zamanı Şuşaya girməyə cəhd edən ilk erməni tankı olub və ekipaj üzvləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış tank erməni separatçılar tərəfindən bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir