Qəbələ rayonunun Bum qəsəbəsində məktəb binası söküldüyündən uşaqlar qonşu kənddəki təhsil ocağına gedirlər. Bu isə həm vaxt itkisinə, həm də şagirdlərin gecə saatlarında evə qayıtmasına səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, Qəbələ rayonunun Bum qəsəbəsində 1983-cü ildə istifadəyə verilmiş məktəb binası qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Əvəzində 624 şagird yerlik məktəbin tikintisinə başlanıb.
Sökülən məktəbin 9 sinfi qəsəbədəki başqa məktəbə, qalan 15 sinif isə qonşu Həmzəli kənd məktəbinə yerləşdirilib. Məhz buna görə şagirdlər dərsdən evə gec qayıdırlar ki, bu da valideynləri narahat edir.
Sakinlərin narazılıq etdiyi digər məsələ tikintinin gecikməsidir.
Məktəbin direktor əvəzi Ramil Məmmədov isə bildirib ki, dekabr ayının sonuna kimi sözügedən təhsil müəssisəsinin tikintisi başa çatacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.102info.az