Şabranda qadın dəm qazından boğularaq ölüb

Cəmiyyət


Şabran rayonunda 55 yaşlı qadın dəm qazından boğulub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Dəvəçikənd sakini, 1968-ci il təvəllüdlü Rəsmiyyə Qazəhməd qızı Əhmədova yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıblar. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərildikdən sonra o, Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir