Tovuzda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Cəmiyyət


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama aparıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı kənddə fiziki şəxs Arif Müsəllim oğlu Hüseynova məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Eyni zamanda istehsal edilən çörəyin qablaşdırılmasında onun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi və istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir